Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 83.6 min nəfərdir (01.01.2014). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir.
        Ağstafa rayonu Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları ilə həmsərhəddir.

        Ağstafa rayon Təhsil Şöbəsi Ağstafa rayonunun Qazax rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi fəaliyyətə başlaması ilə əlaqədar 1990-cı ildə yaradılmışdır.Hazırda təhsil şöbəsinin tabeliyində 39 ümumi təhsil müəssisəsi və 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.