Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan 
Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan 
prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini 
arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, 
indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan 
istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: 
 Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü 
qorumaq;  
 Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;  
 vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;  
 xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi 
dövlət qurmaq;  
 ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat 
səviyyəsini təmin etmək;  
 ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. 
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu 
Konstitusiya qəbul edilir. 
Birinci bölmə. Ümumi müddəalar 
1-ci fəsil. Xalq hakimiyyəti 
Maddə 1. Hakimiyyətin mənbəyi  
I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan 
xalqıdır. 
II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, 
Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası
vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları
istisna etmir. 
Maddə 2. Xalqın suverenliyi  
I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən 
etmək Azərbaycan xalqının suveren hüququdur. 
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — 
referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi 
səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. 
Maddə 3. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən məsələlər  
I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni 
referendumla həll edə bilər. II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər: 
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər 
edilməsi; 
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi. 
III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz: 
1) vergilər və dövlət büdcəsi; 
2) amnistiya və əfvetmə; 
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və
(və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin 
seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi. (1) 
Maddə 4. Xalqı təmsil etmək hüququ  
Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın 
adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. 
Maddə 5. Xalqın vahidliyi  
I. Azərbaycan xalqı vahiddir. 
II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan 
Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz 
vətənidir. 
Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.  
I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs 
hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. 
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. 
2-ci fəsil. Dövlətin əsasları
Maddə 7. Azərbaycan dövləti  
I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 
II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, 
xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. 
III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi 
əsasında təşkil edilir: 
 qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata 
keçirir;   icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;  
 məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 
IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində
müstəqildirlər. 
Maddə 8. Azərbaycan dövlətinin başçısı  
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin 
daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. 
II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm 
etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. 
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi 
bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
riayət olunmasının təminatçısıdır. 
IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin 
təminatçısıdır. 
Maddə 9. Silahlı Qüvvələr  
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə
Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. 
II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və
beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. 
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanıdır. 
Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri  
Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 
Maddə 11. Ərazi  
I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. 
II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava 
məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. 
III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan 
Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız 
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında 
referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri 
dəyişdirilə bilər. Maddə 12. Dövlətin ali məqsədi  
I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının 
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. (2) 
Maddə 13. Mülkiyyət  
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə
olunur. 
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola 
bilər. 
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin 
mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 
Maddə 14. Təbii ehtiyatlar  
Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl 
gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 
Maddə 15. İqtisadi inkişaf və dövlət  
I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə
əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. 
II. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın 
inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə yol vermir. (2) 
Maddə 16. Sosial inkişaf və dövlət  
I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial 
müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 
II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına 
yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. 
Maddə 17. Ailə, uşaqlar və dövlət  
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. 
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun 
yerinə yetirilməsinə dövlət nəzarət edir. 
III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar 
dövlətin himayəsindədirlər. IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən 
fəaliyyətə cəlb etmək qadağandır. 
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. 
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. (2) 
Maddə 18. Din və dövlət  
I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun 
qarşısında bərabərdir. 
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini 
cərəyanların) yayılması və təbliği qadağandır. 
III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. (2) 
Maddə 19. Pul vahidi  
I. Azərbaycan Respublikasının pul vahidi manatdır. 
II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız 
Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin 
müstəsna mülkiyyətindədir. 
III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş
vasitəsi kimi işlədilməsi qadağandır. (2) 
Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər  
Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış
borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz. 
Maddə 21. Dövlət dili  
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası
Azərbaycan dilinin inkişafını təmin edir. 
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və
inkişafını təmin edir. 
Maddə 22. Paytaxt  
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. 
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri  
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət 
bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının 
Dövlət Himnidir. II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. 
Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın 
ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir 
edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət 
gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni 
Konstitusiya Qanunu ilə müəyyən edilir. 
İkinci bölmə. Əsas hüquqlar, azadlıqlar və vəzifələr 
3-cü fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi  
I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları
vardır. 
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini 
və vəzifələrini də əhatə edir. 
Maddə 25. Bərabərlik hüququ  
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 
III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak 
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar 
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq 
və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və
azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır. 
IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, 
güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların 
verilməsindən imtina oluna bilməz. 
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti 
səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
(2) 
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi  
I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və
azadlıqlarını müdafiə etmək hüququ vardır. 
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 
Maddə 27. Yaşamaq hüququ  I. hər kəsin yaşamaq hüququ vardır. 
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni 
qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş
digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan 
həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə
bilər. 
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və
tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı
qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın 
edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. (1) 
Maddə 28. Azadlıq hüququ  
I. Hər kəsin azadlıq hüququ vardır. 
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya 
azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. 
III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət 
edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən 
kənara gedə bilər. 
IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq 
hüququ vardır. 
Maddə 29. Mülkiyyət huququ  
I. Hər kəsin mülkiyyət hüququ vardır. 
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi 
mülkiyyət hüququ qanunla qorunur. 
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ 
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan 
istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın 
tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün 
mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək 
şərti ilə yol verilə bilər. 
V. Dövlət vərəsəlik hüququna təminat verir. (2) 
Maddə 30. Əqli mülkiyyət hüququ  
I. Hər kəsin əqli mülkiyyət hüququ vardır. II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri 
qanunla qorunur. 
Maddə 31. Təhlükəsiz yaşamaq hüququ  
I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. 
II. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi 
sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 
Maddə 32. Şəxsi toxunulmazlıq hüququ  
I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə
tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi 
və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, 
saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar 
istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, 
video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə
ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla 
nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı
zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. 
V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış
məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun 
olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların 
düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. (2) 
Maddə 33. Mənzil toxunulmazlığı hüququ  
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə
yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 
Maddə 34. Nikah hüququ  
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. 
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. 
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə
edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. 
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək 
valideynlərin həm hüququ, həm də borcudur. V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına 
çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa 
borcludurlar. 
Maddə 35. Əmək hüququ  
I. Əmək fərdi və ictimai rifahın əsasıdır. 
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, 
məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 
III. Heç kəs zorla işlədilə bilməz. 
IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur 
edilə bilməz. 
V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi 
əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə
yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı
vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. 
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz 
işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan 
haqq almaq hüququ vardır. 
VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. 
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. 
Maddə 36. Tətil hüququ  
I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. 
II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə
tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki 
şəxslər tətil edə bilməzlər. 
III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. 
Maddə 37. İstirahət hüququ  
I. Hər kəsin istirahət hüququ vardır. 
II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq 
olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az 
olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 
Maddə 38. Sosial təminat hüququ  
I. Hər kəsin sosial təminat hüququ vardır. II. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. 
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə
başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə
tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 
IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 
V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa 
növlərinin inkişafı üçün imkanlar yaradır. 
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ  
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji 
hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq 
hüququ vardır. 
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq 
təhlükə törədə və ya zərər vura bilməz. 
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların 
qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. (2) 
Maddə 40. Mədəniyyət hüququ  
I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni 
sərvətlərdən istifadə etmək hüququ vardır. 
II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix 
və mədəniyyət abidələrini qorumalıdır. 
Maddə 41. Sağlamlığın qorunması hüququ  
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 
II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün 
növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına 
təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən 
vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. 
Maddə 42. Təhsil hüququ  
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. 
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə
dövlət zəmanət verir. 
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 
Maddə 43. Mənzil hüququ  
I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 
II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil 
hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 
Maddə 44. Milli mənsubiyyət hüququ  
I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. 
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. 
Maddə 45. Ana dilindən istifadə hüququ  
I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və
təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. 
II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 
Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ  
I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin 
alçaldılmasına əsas verə bilməz. 
III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və
ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, 
elmi və başqa təcrübələr aparıla bilməz. 
Maddə 47. Fikir və söz azadlığı  
I. Hər kəsin fikir və söz azadlığı vardır. 
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur 
edilə bilməz. 
III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol 
verilmir. 
Maddə 48. Vicdan azadlığı  
I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və
ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə
münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa 
zidd deyildirsə, sərbəstdir. 
IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 
V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini 
mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə
bilməz. (2) 
Maddə 49. Sərbəst toplaşmaq azadlığı  
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. 
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar 
etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri 
keçirmək, piketlər düzəltmək hüququ vardır. 
Maddə 50. Məlumat azadlığı  
I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və
yaymaq azadlığı vardır. 
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o 
cümlədən mətbuatda dövlət senzurası qadağandır. 
III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və
ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna 
təminat verilir. (2) 
Maddə 51. Yaradıcılıq azadlığı  
I. Hər kəsin yaradıcılıq azadlığı vardır. 
II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata 
keçirilməsinə təminat verir. 
Maddə 52. Vətəndaşlıq hüququ  
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan 
Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından 
doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri 
Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının 
vətəndaşıdır. 
Maddə 53. Vətəndaşlıq hüququnun təminatı  I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası
vətəndaşlığından məhrum edilə bilməz. 
II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından 
qovula və ya xarici dövlətə verilə bilməz. 
III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan 
Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara 
hamilik edir. 
Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ  
I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında 
maneəsiz iştirak etmək hüququ vardır. 
II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək 
Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur. 
Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ  
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək 
hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə
bilərlər. 
II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına 
malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının 
vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət 
qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. 
Maddə 56. Seçki hüququ  
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, 
habelə referendumda iştirak etmək hüququ vardır. 
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, 
habelə referendumda iştirak etmək hüququ yoxdur. 
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin 
hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə
tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər. 
Maddə 57. Müraciət etmək hüququ  
I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, 
habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə
qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. 
II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli 
şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə
ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə
təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Maddə 58. Birləşmək hüququ  
I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. 
II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai 
birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin 
sərbəst fəaliyyətinə təminat verilir. 
III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə
bilməz. 
IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni 
dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı
və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. 
Maddə 59. Azad sahibkarlıq hüququ  
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və
əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq 
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola 
bilər. 
Maddə 60. Hüqüq və azadlıqların məhkəmə təminatı  
I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 
II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər 
ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) 
məhkəməyə şikayət edə bilər. 
Maddə 61. Hüquqi yardım almaq hüququ  
I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. 
II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına 
göstərilir. 
III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, 
cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək 
hüququ vardır. 
Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi  
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. 
Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 
Maddə 63. Təqsirsizlik prezumpsiyası  
I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində
təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta 
yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, 
təqsirsiz sayılır. II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə
borclu deyildir. 
IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan 
istifadə oluna bilməz. 
V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. 
Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi  
Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. 
Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ  
Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla 
nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv 
edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. 
Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi  
Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı
ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan 
qohumların tam siyahısı qanunla müəyyən edilir. 
Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin
hüquqları  
I. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində
təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə
alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. 
II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl 
dinlənilməlidir. (2) 
Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ  
I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları
qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona 
vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. 
II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd 
hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi 
hüququ vardır. 
Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları  
I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, 
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə
başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər 
bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin 
və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq 
normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla 
bilər. 
Maddə 70. Siyasi sığınacaq hüququ  
I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan 
Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. 
II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ
görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. 
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı  
I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək 
və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs 
məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda 
müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən 
insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan 
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti 
məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında 
əhaliyə qabaqcadan məlumat verilir. 
IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz 
və bunlara görə təqsirləndirilə bilməz. 
V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının 
ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. 
VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları
birbaşa qüvvədədir. 
VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri 
məhkəmələr həll edir. 
VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət 
daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə
məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.  
IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla 
nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. 
X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada 
və hüdudlarda fəaliyyət göstərə bilərlər. (1, 2) 
4-cü fəsil. Vətəndaşların əsas vəzifələri Maddə 72. Vətəndaşların vəzifələrinin əsası  
I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə
irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya 
qanunla qoyula bilər.
II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl 
etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən 
edilmiş digər vəzifələri yerinə yetirməlidir. 
III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. (2) 
Maddə 73. Vergilər və başqa dövlət ödənişləri  
I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər kəsin borcudur. 
II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən 
əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. 
Maddə 74. Vətənə sədaqət  
I. Vətənə sədaqət müqəddəsdir. 
II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə
hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə
yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər. 
III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə
hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq 
qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə,o cümlədən dövlətə qarşı qiyamda və
ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin 
vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz. 
Maddə 75. Dövlət rəmzlərinə hörmət  
I. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə
və himninə hörmət etməlidir. 
II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur. (2) 
Maddə 76. Vətəni müdafiə  
I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. 
II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş
hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. (1) 
Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması  Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. 
Maddə 78. Ətraf mühitin qorunması  
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur. 
Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi  
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin 
icrasına məcbur edilə bilməz. 
Maddə 80. Məsuliyyət  
Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda 
nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla 
müəyyən edilən məsuliyyətə səbəb olur. 
Üçüncü bölmə. Dövlət hakimiyyəti 
5-ci fəsil. Qanunvericilik hakimiyyəti 
Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi  
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının 
Milli Məclisi həyata keçirir. 
Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi  
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 
Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkilərinin əsasları  
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi ümumi, 
bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə
seçilirlər. (1) 
Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti  
I. Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildir. 
Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli 
Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Milli 
Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu 
barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının 
müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 
qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir 
noyabr ayının birinci bazar günü keçirilir. 
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti 
Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni 
seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan 
səlahiyyət müddəti ilə məhdudlaşır. (2) 
Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid 
tələblər  
I. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla 
müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə
bilər. 
II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə
hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna 
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət 
qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum 
olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan 
məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə
deputat seçilə bilməzlər. 
Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin 
yoxlanılması və təsdiqi  
Seçkilərin nəticələrinin düzgünlüyünü Azərbaycan Respublikasının Konstitusiya 
Məhkəməsi yoxlayır və təsdiq edir. 
Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi  
I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan 
Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir. 
II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər 
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən 
az müddət qalarsa, keçirilmir. 
III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq 
olunduqda səlahiyyətlidir. 
Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları  
I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına
yığılır. 
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 
deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk 
iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 
müəyyən edir. 
II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan 
Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya 
Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır. III. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini 
müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki 
məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir. 
IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. 
Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan 
Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin 
sessiyasının qapalı iclası keçirilə bilər. (1, 2) 
Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi  
I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatdan 
məhrum edilir: 
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda; 
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin 
vətəndaşlığını qəbul etdikdə; 
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, 
kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla); 
5) özü imtina etdikdə. 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar 
qanunla müəyyən edilmiş qaydada qəbul edilir. 
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra 
edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. 
Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir. (1) 
Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı  
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının 
şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət 
müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb 
edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh 
tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa tutula 
bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu 
barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. 
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız 
Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası
Milli Məclisinin qərarı ilə xitam verilə bilər. 
Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına 
qoyulan qadağanlar  Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli 
Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna 
bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz. 
Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili  
Azərbaycan Respublikası Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin 
müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr 
və komissiyalar təşkil edir, hesablama palatası yaradır. (2) 
Maddə 93. Azərbaycan Respublikası Milli Məclisinin aktları  
I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə
Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. 
II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və
qərarlar, bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. 
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən 
həyata keçirirlər. 
IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra 
hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. 
Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar  
I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar 
müəyyən edir: 
1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və
azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı; 
2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri; 
3) Azərbaycan Respublikası Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarının statusu; 
4) referendum; 
5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat; 
6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası; 
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu; 
8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi; 
9) dövlət təltifləri; 
10) fiziki və hüquqi şəxslərin statusu; 
11) mülki hüquq obyektləri; 12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik; 
13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin 
hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ; 
14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq; 
15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; gömrük işi; 
16) əmək münasibətləri və sosial təminat; 
17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların 
törədilməsinə görə məsuliyyətin təyin edilməsi; 
18) müdafiə və hərbi qulluq; 
19) dövlət qulluğu; 
20) təhlükəsizliyin əsasları; 
21) ərazi quruluşu; dövlət sərhədi rejimi; 
22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi; 
23) rabitə və nəqliyyat işi; 
24) statistika, metrologiya və standartlar; 
25) gömrük işi; 
26) ticarət işi və birja fəaliyyəti; 
27) bank işi, mühasibat, sığorta. 
II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs 
çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. 
III. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. 
Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər  
I. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli 
aiddir: 
1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili; 
2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası
diplomatik nümayəndəliklərinin təsis edilməsi; 
3) inzibati ərazi bölgüsü; 4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar 
nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; 
5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət; 
6) Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan 
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;
7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikasının hərbi doktrinasının təsdiqi; 
8) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
Prezidentinin fərmanlarının təsdiqi; 
9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi; 
10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali 
Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin 
təyin edilməsi; 
11) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə
razılıq verilməsi; 
12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən 
Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən 
kənarlaşdırılması; 
13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin 
vəzifədən kənarlaşdırılması; 
14) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll 
edilməsi; 
15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən 
azad edilməsi; 
16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına 
cəlb edilməsinə razılıq verilməsi; 
17) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan 
edilməsinə və sülh bağlanmasına icazə verilməsi; 
18) referendum təyin edilməsi; 
19) amnistiya;20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.
II. Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə
qanunlar, qalan məsələlərə dair isə bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, 
eyni qaydada qərarlar qəbul edilir. 
III. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid 
edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə
əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin 
bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.
IV. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. (1, 2) 
Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ  
I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun 
layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, 
Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali 
Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, 
Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali 
Məclisinə mənsubdur. 
II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, 
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan 
Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin 
müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə
çıxarılır və səsə qoyulur. 
III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü 
hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. 
IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, 
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ 
olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim 
etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. 
V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan 
Respublikasının Ali Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 
təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. 
VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik 
təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri 
göstərilməlidir. (1, 2) 
Maddə 97. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti  I. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının 
Prezidentinə imzalanmaq üçün təqdim edilir. 
II. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə
imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir. 
Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi  
Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda 
nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. 
6-cı fəsil. İcra hakimiyyəti 
Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət  
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə
mənsubdur. 
Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər  
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq 
daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə
görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili 
vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan 
Respublikasının Prezidenti seçilə bilər. (KM1)
Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları  
I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ 
əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. 
II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından 
çoxunun səs çoxluğu ilə seçilir. 
III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən 
sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci 
dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini 
geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. 
IV. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan 
Respublikasının Prezidenti seçilmiş sayılır. 
V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası
Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası
Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə
qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə
əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
VI. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir. (1, 2) 
Maddə 102. Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları  Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə
günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 
rəsmən elan edir. (1) 
Maddə 103. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı  
I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası
Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 
gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: 
«Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan 
Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi 
bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm». 
II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin 
icrasına başlamış sayılır. 
Maddə 104. Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə
bilməməsi  
I. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz 
səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə
tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən 
getmiş sayılır. 
II. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının 
Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün 
verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikasının Prezidentinin istefasının 
qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının 
Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır. 
III. Azərbaycan Respublikasının Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra 
etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan 
Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının 
Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ
bununla bitmiş sayılır. 
Maddə 105. Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun 
səlahiyyətlərinin icrası  
I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay 
ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu 
halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan 
Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının baş naziri icra 
edir. 
II. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən 
Azərbaycan Respublikasının baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini 
icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin 
səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. III. Bu maddənin ikinci hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisi sədrinin icra etməsi 
mümkün olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul 
edir. (1) 
Maddə 106. Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı  
Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan 
Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur. 
Maddə 107. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması  
I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü 
Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 
30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi 
qarşısında irəli sürülə bilər. 
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul 
olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla 
bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir 
həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. 
III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli 
Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu 
müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə
qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır. 
Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı  
I. Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. 
Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi 
mühafizə xidmətləri təmin edir. 
II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları
Konstitusiya qanunu ilə müəyyən edilir. (2) 
Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri  
Azərbaycan Respublikasının Prezidenti: 
1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir; 
2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli 
Məclisinin təsdiqinə təqdim edir; 
3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir; 4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan 
Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş
nazirini vəzifədən azad edir; 
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və
vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin iclaslarına sədrlik edir; 
6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul 
edir; 
7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə
tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır; 
8) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar 
Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli 
icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir; 
9) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası
Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri
hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli 
Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin 
hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu 
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən 
azad edir; 
10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli 
Məclisinə təqdimat verir; Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 
təyin edir;
11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası
Milli Məclisinin təsdiqinə verir; 
12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə
təyin və vəzifədən azad edir; 
13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun 
rəhbərini təyin edir; 
14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi 
haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;
15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda 
diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası
Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır; 
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və
övdətnamələrini qəbul edir; 17) hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası və
Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan 
hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan 
Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır; 
18) referendum təyin edir; 
19) qanunları imzalayır və dərc edir; 
20) vətəndaşlıq məsələlərini həll edir; 
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir; 
22) əfv edir; 
23) dövlət təltifləri ilə təltif edir; 
24) ali hərbi və ali xüsusi rütbələr verir; 
25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları
tərxis edir; 
26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması
və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə
qərarlar qəbul edir; 
27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; 
28) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan 
vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan 
Respublikasının Milli Məclisinə təqdimat verir; 
29) fövqəladə və hərbi vəziyyət elan edir; 
30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və
sülh bağlayır; 
31) Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə
tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır; 
32) Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə
orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll 
edir. (1, 2) 
Maddə 110. Qanunların imzalanması  
I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən 
başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin 
etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət 
ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. II. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən 
imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs 
çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən 
qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən 
sonra qüvvəyə minir. 
Maddə 111. Hərbi vəziyyət elan edilməsi  
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən 
hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına 
müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi 
yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə
blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ya 
ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat müddətində
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. 
Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi  
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, 
böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi 
bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən 
hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, 
vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün 
qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-
ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat 
müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. 
Maddə 113. Azərbaycan Respublikası Prezidentinin aktları  
I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, 
başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. 
II. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda 
nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. 
Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu  
I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin 
təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. 
II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 
yuxarı icra orqanıdır. 
III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının 
Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. 
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan 
Respublikasının Prezidenti müəyyənləşdirir. 
Maddə 115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş
naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının 
rəhbərləri daxildirlər. 
Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası  
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və
səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti 
Azərbaycan Respublikası Prezidentinə istefa verir. 
Maddə 117. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan 
Respublikasının Baş naziri sədrlik edir. 
Maddə 118. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası  
I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin 
razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir. 
II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi 
Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən 
bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə
müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
təqdim edir. 
III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri 
vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir 
həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan 
Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan 
Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan 
Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər. 
Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri  
Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
 Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan 
Respublikasının Prezidentinə təqdim edir;  
 Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;  
 maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;  
 dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;  
 dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;  
 nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların 
aktlarını ləğv edir;  
 Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər 
məsələləri həll edir.  
Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları  I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti 
qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. 
II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda 
nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. 
Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair 
tələblər  
I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, 
seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi 
olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir. 
II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti 
orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək 
hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan 
Respublikası vətəndaşı təyin edilir. 
Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər  
Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra 
hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta 
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, 
kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə
elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala 
bilməzlər. 
Maddə 123. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı  
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti 
toxunulmazdır. 
II. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa 
tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, 
şəxsi müayinə edilə bilməz. 
III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə
olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna 
xəbər verməlidir. 
IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan 
Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti 
tərəfindən xitam verilə bilər. 
Maddə 124. Yerlərdə icra hakimiyyəti  
I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 
II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir. III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti 
müəyyən edir. 
7-ci fəsil. Məhkəmə hakimiyyəti 
Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi  
I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə
yalnız məhkəmələr həyata keçirirlər. 
II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, 
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya 
məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər 
ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. 
III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və
qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. 
IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə
tərəfi iştirak edir. 
V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. 
VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış
hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.
VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. (1, 2) 
Maddə 126. Hakimliyə namizədlərə aid tələblər  
I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq 
təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası
vətəndaşları hakim ola bilərlər. 
II. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli 
fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara 
üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə
görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. 
Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas 
prinsipləri və şərtləri  
I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. 
II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və
qanuna müvafiq baxırlar. 
III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla 
məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə
edilməsi yolverilməzdir. IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında 
həyata keçirilir. 
V. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. 
İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın 
dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da 
vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu 
müəyyən edir. 
VI. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə
icraatına yol verilmir. 
VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 
VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. 
IX. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. 
X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət 
dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin 
iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə
tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana 
dilində çıxış etmək hüququ təmin edilir. 
Maddə 128. Hakimlərin toxunulmazlığı  
I. Hakimlər toxunulmazdırlar. 
II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər. 
III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara 
müvafiq surətdə xitam verilə bilər. 
IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi 
əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq 
rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 
sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. 
V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali 
Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin işdən 
kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs 
çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar 
Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir. (1) 
Maddə 129. Məhkəmə qərarları və onların icrası  
I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası
məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb 
olur. 
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. (2) 
Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  
I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. 
II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan 
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin 
edir. 
III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan 
Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu 
əsasında aşağıdakı məsələləri həll edir: 
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin 
fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin 
qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi 
aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; 
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti 
orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına 
uyğunluğu; 
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra 
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına uyğunluğu; 
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə
tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına 
uyğunluğu; 
5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan 
Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar 
Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, 
qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) 
uyğunluğu; 
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin 
Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan 
Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğunluğu; 
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan 
Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər 
Kabinetinin qərarlarının, Azərbaycan Respublikası qanunlarına uyğunluğu; 
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan 
Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərarlarına uyğunluğu; 
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü 
ilə bağlı mübahisələr. 
IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan 
Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu 
əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir. 
V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti 
orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən 
edilmiş qaydada bu maddənin III hissəsinin 1—7-ci bəndlərində göstərilən məsələlərin 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və
azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. 
VI. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr 
insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan 
Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. 
VII. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və
azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ 
aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu 
maddənin III hissəsinin 1—7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər. 
VIII. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə
tutulmuş digər səlahiyyətləri də həyata keçirir. 
IX. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən 
məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan 
Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.
X. Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan 
Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya 
Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür; Azərbaycan 
Respublikasının dövlətlərarası müqavilələri qüvvəyə minmir. (1, 2) 
Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi  
I. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış
məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəməorqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin 
praktikasına aid məsələlər üzrə izahatlar verir. 
II. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. 
III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir. (1, 2) 
Maddə 132. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri  
I. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə
aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. 
II. Azərbaycan Resrublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan 
Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin 
edir. (1)
Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu  
I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və
hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş
hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə
edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir. 
II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların 
Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş
orqandır. 
III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının 
Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və
vəzifədən azad edir. 
IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika 
ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar 
Respublikasının Prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə
Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. 
V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı
ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. (1) 
8-ci fəsil. Naxçıvan Muxtar Respublikası
Maddə 134. Naxçıvan Muxtar Respublikasının statusu  
I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar 
dövlətdir. 
II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. 
III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib 
hissəsidir. IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası
Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. 
V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar 
Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının 
Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 
qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan 
Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
qərarlarına zidd olmamalıdır. 
VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli 
Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və Konstitusiya 
Qanunu ilə təsdiq edilir. (1) 
Maddə 135. Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi  
I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar 
Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının 
Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının 
məhkəmələri həyata keçirir. 
II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının 
Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, 
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının 
Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun 
səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının 
məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların 
səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. 
Maddə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi  
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali 
Məclisinin sədridir. 
Maddə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir. 
II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir. 
III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali 
Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir. 
Maddə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar  
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar 
müəyyən edir: 
1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər; 
2) vergilər; 3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri; 
4) sosial təminat; 
5) ətraf mühitin qorunması; 
6) turizm; 
7) səhiyyə, elm, mədəniyyət. 
II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 
qanunlar qəbul edir. 
Maddə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər  
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir: 
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili; 
2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi; 
3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi; 
4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad 
edilməsi; 
5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi; 
6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad. 
II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 
qərarlar qəbul edir. 
Maddə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti  
I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar 
Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 
təsdiq edir. 
II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin 
təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. 
III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 
 muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar 
Respublikasının Ali Məclisinə təqdim edir;  
 muxtar respublikanın büdcəsini icra edir;  
 muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;  
 muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;  
 Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər 
məsələləri həll edir.  IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir. 
Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti  
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan 
Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan 
Respublikasının Prezidenti təyin edir. 
Dördüncü bölmə. Yerli özünüidarəetmə
9-cu fəsil. Bələdiyyələr 
Maddə 142. Yerlərdə özünüidarənin təşkili  
I. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. 
II. Bələdiyyələr seçkilər əsasında yaradılır. 
III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin 
qaydaları isə qanunla müəyyən edilir. (1) 
Maddə 143. Bələdiyyələrin işinin təşkili  
I. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata 
keçirir. 
II. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. 
Maddə 144. Bələdiyyələrin səlahiyyətləri  
I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 
1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş
hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; 
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi; 
3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyalırın 
seçilməsi; 
4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; 
5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; 
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; 
7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; 
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; 
9) yerli ekoloji proqramların qəbul və icra edilməsi. II. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də
verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri 
maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq 
qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. 
Maddə 145. Bələdiyyələrin qərarları  
I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. 
II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 
III. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu 
ilə qəbul edilir. 
Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı  
I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə
ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə
üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam 
verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla 
müəyyən edilir. 
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin 
suverenliyinə xələl gətirə bilməz. 
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. 
IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində
Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər. 
V. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət hakimiyyəti orqanlarının 
qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir. (2) 
Beşinci bölmə. Hüquq və qanun 
10-cu fəsil. Qanunvericilik sistemi 
Maddə 147. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi  
I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək 
hüquqi qüvvəyə malikdir. 
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. 
III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının 
qanunvericilik sisteminin əsasıdır. 
Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar  
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 
2) referendumla qəbul edilmiş aktlar; 
3) qanunlar; 
4) fərmanlar; 
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. 
II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan 
Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. 
III. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının 
Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 
qərarları hüquqi qüvvəyə malikdir. 
IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan 
Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. 
V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə
daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. 
Maddə 149. Normativ hüquqi aktlar  
I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər 
münasibətə) əsaslanmalıdır. 
II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası
vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr 
üçün məcburidir. 
III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və
icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir. 
IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının 
Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların 
tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün 
məcburidir. 
V. Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarları Azərbaycan Respublikasının 
Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına 
zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc 
edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, 
hüquqi şəxslər üçün məcburidir. 
VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının 
Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini 
aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil 
edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 
VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi 
aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra 
olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ 
hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. (1, 2) 
Maddə 150. Bələdiyyə aktları  
I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə
bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, 
qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə
həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan 
Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. 
II. Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun 
ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. 
Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi  
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar 
ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar 
istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr 
arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. 
11-ci fəsil. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər 
Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi 
qaydası  
Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız 
referendumla qəbul edilə bilər. 
Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif 
edilməsi qaydası  
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan 
Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif 
etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəyi alınır. 
Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin 
məhdudlaşdırılması  
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə
bilməz. Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi 
təşəbbüsünün məhdudlaşdırılması  
Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya 
onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş
hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə
məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. (1) 
12-ci fəsil. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr 
Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi 
qaydası  
I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli 
Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. 
II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya 
qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci 
səsvermə birincidən 6 ay sonra keçirilir. 
III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya 
qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün 
nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün 
təqdim olunur. 
IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya 
qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra 
imzalandıqda qüvvəyə minir. 
V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir 
və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. 
Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü  
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının 
Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə
bilər. 
Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi 
təşəbbüsünün məhdudlaşdırılması  
Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan 
Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz. (1) 
Keçid müddəaları  
1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra 
rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi 
gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası
(Əsas Qanunu) qüvvədən düşür. 2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının 
Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş
səlahiyyətləri həyata keçirir. 
3. Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən 
sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir. 
4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali 
Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclas günü başa çatır. 
Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan 
Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir. 
Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam 
edir. 
1995-ci il avqustun 15-də qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun 
əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının 
səlahiyyətləri bitənədək qüvvədədir. 
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi 
gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir. 
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli Xalq 
Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli Xalq 
Deputatları Sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata 
keçirir. 
7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında 
qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir. 
8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində
qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan 
hissədə qüvvəsini saxlayır. 
9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının 
məhkəmələri ədalət mühakiməsini bu Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və
prinsiplərə uyğun həyata keçirir. 
10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə
quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu 
Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası
məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir. 
Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad 
edilməsi bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında 
həyata keçirilir. 11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu 
qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada 
nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri 
həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin üçüncü hissəsinin 7-ci 
bəndində nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll 
edir. 
12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə
mindiyi gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan 
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir. 
№ 00. 
12 noyabr 1995-ci il. 
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 iyul 1997-
ci il, № 1) («VneshExpertService»). 
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər 
etmiş sənədlərin siyahısı
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 iyun 2002-ci il tarixli Qərarı
— «Azərbaycan» qəzeti (22 iyun 2002-ci il, № 140); 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 avqust 2002-ci il tarixli 
99/372 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (19 iyun 2002-ci il, № 216) 
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli 
Qərarı — «Azərbaycan» qəzeti (25 dekabr 2008-ci il, № 288); 
Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu 
il tarixli 19/86 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (31 mart 2009-cu il, № 66) 
(KM1) 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında öhdəliyi olmayan...» 
müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan 
asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin 
olmamasını ehtiva edir. 
Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, 
möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə
ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu 
cür digər öhdəliklər də ola bilər(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
1 avqust 2003-cü il tarixli qərarı - «Azərbaycan» qəzeti, 3 avqust 2003-cü il, № 176)