Təhsil şöbəsi tərəfindən IV sinif şagirdləri arasında monitorinq imtahanı keçirilib

Aprelin 10-da Ağstafa rayon təhsil şöbəsi tərəfindən şəhər 1, 2 və 3 nömrəli, Qaçaq Kərəm, Yenigün,Pirili, Kolxəlifəli, Köçəsgər 1 nömrəli tam orta məktəblərində IV sinif şagirdləri arasında monitorinq imtahanı keçirilib.

İmtahanın keçirilməsində məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının və riyazi hesablama qabiliyyətinin inkişaf etdirilməsindən ibarətdir. Şagirdlər 45 dəqiqə ərzində ana dilindən 10, riyaziyyatdan 10 sualı cavablandırıblar.

Monitorinqin cavabları növbəti həftə yoxlanılaraq məktəblərə göndəriləcək.


Açar sözlər: ,