"Kitab günü" adlı tədbir keçirlilib

23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirlilib. Məktəbin kitabxanasında təşkil edilən tədbirdə şagirdlər və müəllimlər iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.

Məktəbin kitabxanaçıları çıxış edərək bildiriblər ki,  mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, həyata obyektiv baxışın formalaşmasına kömək edir.

Tədbirdə iştirak edən şagirdlər maraqlı şeirlər, hekayələr və nağıllar oxuyublar.

 

 


Açar sözlər: ,  ,