17.09.2020

Əyani dərslərlə bərabər distant dərslər də keçirilir

Ağstafa rayon ümumi təhsil müəssisələrində əyani dərslərlə bərabər distant dərslər də keçirilir. Bütün məktəblərdə əyani və distant dərslərin cədvəlləri hazırlanıb. Həmin cədvələ uyğun olaraq şagirdlərin məktəbə gəlmə günləri müəyyən edilir. “Virtual məktəb”də qeydiyyatdan keçən şagirdlər distant dərslərə qoşularaq online dərslərə qoşulurlar.

Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə riayət etməklə şagirdlər məktəbə qəbul edilir. Sosial məsafənin gözlənilməsinə, təhsilverənlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsinə xüsusi fikir verilir.


Açar sözlər: ,  ,