22.09.2020

Şəhər 2 nömrəli məktəbin 6 məzunu fərqlənmə attestatına layiq görülüb

Şəhər 2 nömrəli tam orta məktəbin direktoru Vəfa Tağıyeva 2019-2020-ci tədris ilində təhsil alan məzunlarla görüş  keçirib. Bu il şəhər 2 nömrəli tam orta məktəbi 64 nəfər  məzun bitirib. Onlardan 6 nəfəri fərqlənmə attestatına layiq görülüb. 3 şagird 600-dən çox, 4 şagird 500-dən çox,13 şagird 400-dən çox bal toplayıb.

Məlumat üçün bildiririk ki, şəhər 2 nömrəli tam orta məktəbdə 1118 nəfər şagird təhsil alır. Onlardan 209 nəfəri rus bölməsinin şagirdləridir. Ali məktəbə qəbul səviyyəsinə görə şəhər 2 nömrəli tam orta məktəb ön sıralarda dayanır.


Açar sözlər: ,