25.09.2020

Texnik-humanitar təmayüllü liseyə 35 nəfər şagird qəbul olub

Texnik-humanitar təmayüllü liseyin VII, VIII və IX siniflərinə 10.09.2020. tarixdə qəbul imtahanları keçirilib. İmtahanda rayonun müxtəlif məktəblərindən 89 şagird iştirak edib. Bütün imtahan iştirakçıları Ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və biologiya fənnlərindən 50 sualı cavablandırıblar.

            İmtahanın nəticələri barədə məlumatlar sentyabr ayının 11-də təhsil nazirliyinin şagirdlərin yerdəyişməsi sistemi vasitəsilə valideynlərin telefonlarına göndərilmışdir. 2020-2021-ci tədris ilində texnik-humanitar təmayüllü liseyə 35 nəfər şagird qəbul olub.


Açar sözlər: