09.12.2020

Məktəb psixoloqları arasında video görüş keçirilib

Dekabrın 9-da Ağstafa rayon təhsil şöbəsinin əməkdaşları ilə məktəb psixoloqları arasında video görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək olub.

Görüşdə Mədəd Zeynalov məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqlarda məktəb mühitini düzgün təhliletmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması ilə bağlı çıxış edib. Eyni zamanda şagirdlərin distan təhsilə uyğunlaşmasından danışılıb.


Açar sözlər: ,