12.12.2020

Ulu öndərin Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Dekabrın 12-də Ağstafa rayon təhsil şöbəsində Ulu öndərin Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Öncə dahi liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra təhsil şöbəsinin müdiri Mədəd Zeynalov bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda təhsil şöbəsinin əməkdaşları Ulu öndərin abidəsi önünə tər qərənfillər düzüblər.


Açar sözlər: