14.12.2020

"Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda vebinar "Special Award" qalibləri

Çox sevindirici haldır ki, "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda vebinar "Special Award" qalibləri sırasında Ağstafa UGİM-in 2 şagirdi - Əhmədzadə Sinan və Kərimli Nigar da var.

Sagirdlərimizi təbrik edirik!

Qeyd edək ki, dekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirilib.


Açar sözlər: ,