17.12.2020

"Narkomaniya və zərərli vərdişlər" mövzusunda tədbir

Dekabrın 17-də Ağstafa rayon təhsil şöbəsinin məsləhətçisi Məleykə Abbasovanın iştirakı ilə Tatlı kənd tam orta məktəbinin 11-ci sinifləri arasında video görüş keçirilib.

Görüşün əsas mövzusu "Narkomaniya və zərərli vərdişlər" olub. Məleykə Abbasova öz çıxışında insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıb.


Açar sözlər: ,  ,