18.12.2020

Maarifləndirici tədbirlər davam edir

Dekabrın 18-də Ağstafa rayon təhsil şöbəsinin məsləhətçisi Məleykə Abbasovanın iştirakı ilə Qaçaq Kərəm kənd tam orta məktəbinin 8-ci sinif şagirdləri arasında video görüş keçirilib.

Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirici söhbət aparılıb. Məleyka Abbasova erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğunu diqqətə çatdıraraq bildirib ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir: “Bu, həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. 


Açar sözlər: ,  ,  ,