19.12.2020

“İnsan alverinə qarşı mübarizə yollarını” mövzusunda tədbir

Dekabrın 19-da Ağstafa rayon təhsil şöbəsinin məsləhətçisi Məleykə Abbasovanın iştirakı ilə Aşağı Göycəli kənd tam orta məktəbinin 8-ci sinif şagirdləri arasında video görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd gəncləri insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmək, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etmək məqsədi daşıyır.

Məleykə Abbasova insan alverinin müasir dövrün aktual problemlərindən olduğunu bildirib, bu səbəbdən bu problemlə mübarizədə şagirdləri aktiv olmağa çağırıb. O, bu sahədə görülən işlərdən və mübarizə tədbirlərindən danışaraq insan alveri və növləri, insanların hansı yollarla insan alveri qurbanına çevrildiyi, belə hallardan qorunma və insan alverinə qarşı mübarizə yollarını izah edib.

Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,