04.01.2021

Müəllimimiz "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub

Köçəsgər kənd 2 nömrəli tam orta məktəbin hərbi rəhbəri Məmməd Nəsirov ll Qarabağ döyüşləri başlayan ilk gündən könüllü olaraq cəbhəyə yollanıb. Əvvəlcə Murov daha sonra Cəbrayıl, Hadrut və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib. Hal-hazırda ordu sıralarından təxris olunaraq evə buraxılıb. Məmməd müəllim Prezident İlham Əliyevin sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.


Açar sözlər: