09.01.2021

Məktəb direktorları ilə onlayn görüş

Yanvarın 9-da Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə Ağstafa RTŞ-nin müdiri Mədəm Zeynalov, müdir müavini  İlqar Məhərrəmov, metodkabinet müdiri İmran Nəsibov, baş məsləhətçi Əli Əliyev və məktəb direktorları, müavinləri iştirak ediblər.

Mədəd Zeynalov müəyyən edilmiş tədbirlərin istiqamətləri barədə məlumat verib və bu məsələlərə yanaşmada təşəbbüskarlığın vacibliyini diqqətə çatdırıb.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,