11.01.2021

Gənc müəllimlərlə online görüş

Yanvarın 11-də təhsil şöbəsinin əməkdaşları ilə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edən müəllimlərlə online görüş keçirilib.

Təhsil şöbəsinin müdiri Mədəd Zeynalov müəllimləri təbrik edib, onların fikirlərini dinləyib.

Şöbənin metodkabinet müdiri İmran Nəsibov da gənc müəllimləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib.


Açar sözlər: