16.01.2021

Şura iclası keçirilib

Yanvarın 16-da Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Şura iclası keçirilib. İclasda Ağstafa RTŞ-nin müdiri Mədəm Zeynalov, müdir müavini  İlqar Məhərrəmov, metodkabinet müdiri İmran Nəsibov, baş məsləhətçi Əli Əliyev və məktəb direktorları, müavinləri iştirak ediblər. İclasda əsas məsələ distant dərslər və onların kleçirilmə qaydası olub. Dərslərə marağın artırılması üçün məktəb direktorlarına xüsusi göstərişlər verilib.

İclasda məsafədən öyrətmə və öyrənmənin metodikası, müstəqil öyrənmə bacarıqlarının inkişafı, təhsilalanların məsuliyyətinin artırılması və digər məsələlərdən bəhs olunub.


Açar sözlər: ,