19.01.2021

İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib

Yanvarın 19-da ümumi təhsil müəssisələri  ilk dərs və məşğələlər 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr edilib.

Onlayn dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar.

Həmçinin Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr olunmuş foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil olunub, seminar və mühazirələr keçirilib.


Açar sözlər: ,  ,