19.01.2021

20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “dəyirmi masa”

Yanvarın 19-da Ağstafa Rayon Təhsil Şöbəsində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilib. Öncə faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Təhsil şöbəsinin müdiri 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlər, sovet qoşunlarının Bakıya yeridilməsi zamanı dinc əhaliyə qarşı törədilən qətliam və bu qanlı faciənin tarixi ilə bağlı məlumatlandırıb.

Təhsil şöbəsininməsləhətçisi Qanlı Yanvar hadisələri zamanı təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun və erməni quldurlarının əliyalın və dinc insanlara qarşı törətdiyi amansız vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən pislənildiyini vurğulayıb.


Açar sözlər: ,