12.02.2021

 Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi sona çatıb

Fevralın 12-də Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi sona çatıb.

fevralın 10-da  riyaziyyat və kimya, fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə təşkil edilib. Fənn olimpiadalarında Ağstafa rayon ümumtəhsil məktəblərindən 348 şagird iştirak edib.

Olimpiadaların rayon (şəhər)  mərhələsi Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunub.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları "Kapital Bank"ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: