16.02.2021

Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb

 

Fevralın 10-12-də keçirilən Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə  www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.

Ağstafa rayonu üzrə bilik yarışında iştirak edən 348 şagirddən 35-i yarımfinal turuna vəsiqə qazanıb.

Qalib şagirdlərimizi və onların müəllimlərini təbrik edir, növbəti turda uğurlar arzulayırıq!


Açar sözlər: ,