20.02.2021

Olimpiada iştirakçıları ilə onlayn görüş

Fevralın 20-də Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları ilə Respublika Fənn Olimpiadasının növbəti mərhələsinə vəsiqə qazanan şagirdlərlə onlayn görüş keçirilib.

Görüşdə təhsil şöbəsinin müdiri Mədəd Zeynalov şagirdləri dinləyib, finala vəsiqə qazanmaları münasibətilə təbrik edib və onlara gələcək mərhələdə müvəffəqiyyətlər arzu edib.

Qeyd edək ki, Ağstafa rayonu üzrə bilik yarışında iştirak edən 348 şagirddən 35-i yarımfinal turuna vəsiqə qazanıb.


Açar sözlər: ,