24.02.2021

Narkomaniyaya qarşı maarifləndirici tədbirlər

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları”, “Zərərli vərdişlərə yox deyək!”, “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiklərə yox!” və bu kimi digər mövzularda maarifləndirici tədbirlər keçirilir.

            Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Maarifləndirici tədbirlərdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir. Məktəblilər belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə maarifləndirilir.

Tədbirlərdə çıxış edənlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması və mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar verirlər.

Həmçinin, müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır.

 


Açar sözlər: ,  ,