24.02.2021

Media nümayəndələri üçün onlayn təlim keçirilib

Fevralın 24-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib.

Təlimdə Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva da iştirak edib.

Təlim “Sosial Media Marketinqi nədir?”,”Sosial Media Marketinqi kanalları və onların özəllikləri” və “PR və təhsil sahəsində Sosial Media Marketinqinin rolu” mövzularını əhatə edib. Təlimdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli qeyd edilən mövzulara uyğun təqdimatlarla çıxış edərək sosial media barədə ətraflı məlumatı diqqətə çatdırıblar.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: