26.02.2021

Məktəblərdə Xocalı soyqırımına dair silsilə tədbirlər

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Xocalısız 29 il”,  “Xocalı soyqırımı tarixin qan yaddaşıdır”,  “Xocalı-əsrin faciəsi”, “Unutsaq unudularıq”, “Bir yurd vardı-Xocalı”, “Xocalı uşaqların gözü ilə mövzularda dərslər və tədbirlər keçirlilib. Həmçinin divar qəzetlərindən ibarət sərgilər təşkil olunub, stendlər, guşələr, bülletenlər hazırlanıb.

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olunub. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildəöldürüblər.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər. Faciənin canlı şahidi olmasalar da, eşitdiklərini uşaq təxəyyülü ilə rəsmlərə köçürüblər.

Tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdəvətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.


Açar sözlər: ,  ,