19.03.2021

E-twinningdə növbəti  onlayn görüş

Martın 19-da Yaradullu kənd ümumi orta məktəbin tarix müəllimi Şəfəq Cəlilovanın təşəbbüsü ilə e-twinning layihəsi çərçivəsində Türkiyənin Ağrı vilayəti ilə Ağstafa rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında onlayn görüş təşkil edilib. Görüş hər iki ölkənin himninin səslənməsi ilə başlayıb.

Görüşün əsas məqsədi iki dövlət bir millətin müəllimlərinin təhsil sahəsində yenilikləri bölüşməsi və bundan sonra daha yaxından əməkdaşlıq etməsidir.

Onlayn görüşdə Ağrı vilayətinin təhsil şöbə müdiri Kaya Karakoç və təhsil işçiləri, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov məktəb direktorları və müəllimlər iştirak edib.

Layihə rəhbərlərindən olan Büşra Gündoğdu layihə haqqında geniş məlumat verib. Ağrı vilayətində yerləşən məktəblərin video tanıtımını edib. Daha sonra Ağstafa rayon Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin tanıtım videosu izlənilib. Məktəbin direktoru Mahir Nəbiyev məktəb haqqında geniş məlumat verib.


Açar sözlər: ,