31.03.2021

"Mart Soyqırımı"na həsr olunan video görüş keçirilib

Martın 31-də Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları ilə məktəb direktorları arasında "Mart Soyqırımı"na həsr olunan video görüş keçirilib.

Öncə faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Təhsil şöbəsinin aparıcı  məsləhətçisi Əli Əliyev Ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib.

Şəhər 3 nömrəli tam orta məktəbin direktoru Mübariz Tanırverdiyev mart soyqırımının Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olduğunu vurğulayıb.

Qıraq Kəsəmən kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Babayev 31 Mart soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulayıb.


Açar sözlər: