03.04.2021

IX sinif şagirdləri üçün monitorinq təşkil edilib

Aprelin 2-də Dağ Kəsəmən kənd tam orta məktəbində Azərbaycan dili, riyaziyyat və xarici dil fənnindən monitorinq keçirilib. Monitorinqdə IX sinif şagirdləri iştirak edib. İmtahan iştirakçıları 90 dəqiqə ərzində  hər fəndən 10 sual olmaqla, ümumilikdə 30 sualı cavablandırıblar.

Məktəb rəhbərliyi tərəfindən təşkil edilən imtahanların əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, onları buraxılış imtahanına hazırlamaqdır.

Belə monitorinqlər növbəti həftələrdə digər siniflər üçün də təşkil ediləcək.


Açar sözlər: ,