05.04.2021

Azərbaycan və Türkiyə müəllimləri arasında "e-Twinning" layihəsi üzrə növbəti görüş keçirilib

Aprelin 4-də Azərbaycan və Türkiyə müəllimləri arasında "e-Twinning" layihəsi üzrə növbəti görüş keçirilib. Bu dəfəki görüşdə hər iki ölkənin müəllimləri ilə yanaşı Ağstafa rayonynun deputatı, pedaqoq, yazıçı Nizami Cəfərov da iştirak edib.

Nizami Cəfərov öz fikirlərini bildirməklə yanaşı, Türkiyə şagirlərinin suallarını da cavablandırıb.

Sonra Azərbaycan Türkiyə dostluğunu tərənnüm edən şeirlər, mahnılar səsləndirilib.

Daha sonra Ağrı vilayətinin təhsil şöbə müdiri Kaya Karakoç və Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalovun fikirləri dinlənilib.


Açar sözlər: