12.04.2021

"e-Twinning" layihəsi üzrə növbəti görüş keçirilib

    Aprelin 11-də Ağstafa rayon təhsil işçiləri ilə Türkiyəli təhsil işçiləri arasında "e-Twinning" layihəsi üzrə növbəti görüş keçirilib.

    Bu dəfəki görüşdə hər iki dövlətin psixoloqları, şagirdlər, valideynlər iştirak edib. Görüşün əsas mövzusu "Pandemiya dövründə şagirdlərin psixoloji vəziyyəti" olub.

    Türkiyənin tanınmış psixoloqu Ezgi Horzum mövzu ilə bağlı geniş danışıb. O, şagirdləri və valideynləri maraqlandıran sualları cavablandırıb. Həmçinin Ağstafa rayon məktəblərində çalışan bir neçə psixoloq da çıxış edib və mövzu barəsində qarşılıqlı fikir mübadiləsi aparılıblar.


Açar sözlər: