13.04.2021

Təhsil Şöbəsinin əməkdaşları və müəllimlər arasında video görüş keçirilib

Aprelin 12-də Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları və müəllimlər arasında video görüş keçirilib. Görüşdə Ağstafa RTŞ-nin əməkdaşları, rayonun müxtəlif məktəblərinən əməkdar müəllimlər, həmçinin tərəqqi medalı almış müəllimlər və gənc müəllimlər iştirak edib.

Şəhər 1 nömrəli tam orta məktəbin əməkdar müəllimi İndira Səmədova və Arzu Mikayılova müəllimlik adının yüksəkliyindən, bu peşənin şərəfindən danışıblar.

Şəhər 2 nömrəli tam orta məktəbin əməkdar müəllimləri Mehriban Məmmədova, Sevda Əliyeva, Nigar Bezraşvald, Yeganə Əfəndiyeva, tərəqqi medallı Aygün Babayeva və Ağstafa RTŞ-nin tərəqqi medallı metodkabinet müdiri İmran Nəsibov gənc müəllimlərə gələcək fəaliyyətlərində uğurlar və nəaliyyətlər arzulayıbar.


Açar sözlər: ,