15.04.2021

"e-Twinning" layihəsi üzrə növbəti görüş keçirilib

Aprelin 14-də Yaradullu kənd ümumi orta məktəbin tarix müəllimi Şəfəq Cəlilovanın təşəbbüsü ilə e-twinning layihəsi çərçivəsində Azərbaycan və Türkiyə təhsil işçilərinin növbəti görüşü baş tutub.

Görüşdə Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov və Türkiyənin 5 bölgəsindən -İstanbul, Bursa, Eskişehir, Sparta və Konya təhsil şöbə müdirləri, həmçinin layihənin Ağstafa üzrə kordinatoru Şəfəq Cəlilova, hər iki ölkədən müəllimlər, məktəb direktorları və şagirdlər iştirak edib.

Onlayn görüşdə hər iki dövlət arasında təhsil sahəsində gedən yeniliklərdən və qarşılıqlı əlaqələrdən danışılıb. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,