17.04.2021

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi üzrə qalibləri müəyən edilib

Aprelin 17-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsinin qalibləri müəyyən edilib. Belə ki, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Paşayeva l yerə, şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Şövkət Qulizadə ll yerə, Vurğun qəsəbə tam orta məktəbinin Möhtərəmova Nurayə lll yerə layiq görülüb.

Müsabiqənin əsas məqsədi təhsil müəssisələrində qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaq, onlarla aparılan işləri daha da gücləndirmək və fəaliyyətlərinə stimul verməkdən ibarətdir.


Açar sözlər: ,