22.04.2021

Təhsil şöbəsinin bir sıra əməkdaşlarına, məktəb direktorlarına və müəllimlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının "döş nişanı" təqdim edilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranmasının 100 iliyi ilə əlaqədar Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalova, təhsil şöbəsinin bir sıra əməkdaşlarına, məktəb direktorlarına və müəllimlərə "döş nişanı" təqdim edilib.

Təşkilatın Ağstafa rayonu üzrə sədri Qoşqar Yaqubovun sözlərinə görə, ittifaq yarandığı vaxtdan bu günə kimi müəllimlərin, təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərin təşkilində, uşaqların istirahət düşərgələrinə göndərilməsdində çox böyük xidmətləri olub. O vurğulayıb ki, ittifaq bir sözlə öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənfelərini müdafiə edir.


Açar sözlər: