29.04.2021

Yaradıcı müəllimlərlə görüş keçirilib

 

Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları yaradıcı müəllim və şagirdlərlə onlayn görüş keçiriblər.

Görüşdə təhsil şöbəsinin müdiri Mədəd Zeynalov şeir və hekaya yazan müəllim və şagirlərə uğurlar arzulayıb, yaradıcılıqlarının təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Sonra təhsil şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyev çıxış edərək öz yaradıcılıq fəaliyyətindən danışıb və əsərlərindən bir neçə nümunə göstərib.

Daha sonra yaradıcı müəllim və şagirdlər özlərinə məxsus şeirlər və əsərlərdən fikirlər səsləndiriblər.

Həmçinin görüş zamanı uşaqlarla maraqlı diskussiyalar aparılıb, onların suallarını cavablandırılıb.


Açar sözlər: ,