03.05.2021

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Mayın 3-də Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları ilə məktəb direktorları arasında video görüş keçirilib.

Görüşdə təhsil şöbəsinin müdiri Mədəd Zeynalov məktəblərdə distan təhsilin səmərəli təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərin xarici kommunikasiyası məsələlərinin tənzimlənməsi qaydaları, məktəbəqəbul prosesinə hazırlıq, “Onlayn dərs”lər barədə danışıb və məktəb direktorlarına bəzi göstərişlər verib.

Həmçinin cari məsələlər müzakirə edilib.

Sonra məktəb direktorlarını maraqlandıran bir sıra suallara aydınlıq gətirilib.


Açar sözlər: ,