05.05.2021

VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri

 Ağstafa rayonu  üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub. Müsabiqənin nəticələrinə əsasən Ağstafa rayonu üzrə 29 nəfər şagird ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

VI Respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər fənlər üzrə məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən sualları cavablandırıblar.

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər müsabiqənin final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.

 

 

  


Açar sözlər: ,