24.05.2021

"e-Twinning" layihəsi çərçivəsində“Gönül Köprüsü” adlı görüş keçirilib

Mayın 23-də "e-Twinning" layihəsi çərçivəsində Ağstafa və Kayseri təhsil işçilərinin görüşü baş tutub. Görüşdə təhsil işçiləri ilə bərabər Ağstafa rayonun deputatı, filoloq alim Nizami Cəfərov, xalq artisti Taryel Qasımov, Ağstafa Rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, ağstafalı və türkiyəli məktəblilər də iştirak edib.

“Gönül Köprüsü” adlı görüşdə Qıraq Kəsəmən kənd tam orta məktəbinin müəllimi Şəfəq Heydərli Türkiyə və Azərbaycan dostluğunun önəmindən danışıb.

Sonra hər iki ölkənin şagirdləri şeirlər səsləndirib, müsiqi alətlərində mahnılar ifa ediblər.


Açar sözlər: ,