26.05.2021

Təhsil işçiləri “Fəxri Fərman” və hədiyyələri ilə təltif olunublar

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov təhsil işçiləri ilə görüş təşkil edib. Görüşdə 2020-2021-ci tədris ilində Ağstafa rayonunun ümumtəhsil məktəblərində fərqlənən müəllim və şagirdlər, o cümlədən 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlər və “Qarabağ aşıq sənəti” musiqi festivalının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman” və hədiyyələri ilə təltif olunublar.


Açar sözlər: ,