26.05.2021

 Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilir

Mayın 26-da Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilir. Ağstafa rayon ümumtəhsil məktəblərindən 23 şagird Tovuz imtahan mərkəzində olimpiadanın ikinci mərhələsində iştirak edir.

Final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil edilir.

Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.


Açar sözlər: ,