27.05.2021

“IX siniflərə psixoloji dəstək” mövzusunda onlayn görüş keçiriləcək

Mayın 31-də may saat 15:00-da “IX siniflərə psixoloji dəstək” mövzusunda onlayn görüş keçiriləcək.

Görüşdə təhsil şöbəsinin metodisti Azadə Novruzova, Ağstafa rayon ümumtəhsil müəssisələrindən psixoloqlar və IX sinif şagirdləri iştirak edəcək.

Onlayn görüş Ağstafa Rayon Təhsil Şöbəsinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

Görüşdə mövzu ətrafında müzakirələr aparılacaq, təhsil işçiləri, eləcə də valideyn və şagirdlərin sualları cavablandırılacaq.


Açar sözlər: ,