27.05.2021

Psixoloqlarla şagirdlər arasında onlayn görüş keçirilib

Mayın  27-də Tatlı kənd tam orta məktəbinin psixoloqu Aidə Əmiraslanovanın təşkilatçılığı ilə onlayn görüş keçirilib.

Görüşdə Ağstafa rayon ümumtəhsil müəssisələrindən psixoloqlar və  IX sinif şagirdləri iştirak edib.

Onlayn görüşün  əsas məqsədi IX sinif şagirdlərini iyun ayının 3-də keçiriləcək buraxılış imtahanına hazırlamaq, onları motivasiya etməkdir.

Psixoloq Aidə Əmiraslanova məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş danışıb. Daha sonra şagirdləri düşündürən məsələlər haqqında danışılıb və qarşılıqlı müzakirələr aparılıb.


Açar sözlər: ,