31.05.2021

“IX siniflərə psixoloji dəstək” mövzusunda onlayn görüş keçirilib

Mayın 31-də Ağstafa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə online görüş keçirilib. Görüşdə Ağstafa Rayon Təhsil Şöbəsinin metodisti Azadə Novruzova, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva, Ağstafa rayon ümumtəhsil məktəblərində çalışan psixoloqlar, valideynlər və lX sinif şagirdləri iştirak edib.

Görüşün əsas məqsədi lX sinif buraxılış imtahanında iştirak edəcək şagirdlərə psixoloji dəstək göstərmək, onları motivasiya etmək olub.

Zoom platforması üzərində keçirilən görüş Ağstafa Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsində canlı yayımlanıb.

Psixoloqlar şagirdlərin və valideynlərin suallarını cavablandırıb. Gələcək imtahanlarda onlara uğurlar arzu ediblər.


Açar sözlər: ,