07.06.2021

Ekoloji maarifləndirmə ilə bağlı təbliğat

İyunun 7-də Tatlı kənd tam orta məktəbində bərk məşiət tullantıların idarə edilməsi sahəsində təhsilalanlar və təhsilverənlərin arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində təhsilalanlar arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işi həyata keçirilib.

Müəllimlər bərk məişət tullantılarının idarə edilməsinin, xüsusilə də məişət tullantılarının çeşidlənməsinin qlobal problemə çevrildiyini və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini şagirdlərin diqqətinə çatdırıblar.

Şagirdlər ətrafda olan  bərk məişət tullantılarının növlərə ayırıb və təkrar emala veriblər.

Qeyd edək ki, belə təbliğat işləri zamanı bu prosesin ekoloji və iqtisadi baxımdan əhəmiyyətli olduğu bildirilir.


Açar sözlər: ,