09.06.2021

Ağstafa Rayon Təhsil Şöbəsinin növbəti onlayn şura iclası keçirilib

İyunun 9-da Ağstafa Rayon Təhsil Şöbəsinin növbəti onlayn şura iclası keçirilib. İclasda Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları, Ağstafa rayon ümumi təhsil müəssisələrində çalışan məktəb direktorları iştirak edib.

Şura iclasında aşağıdakı məsələlər müzakirə edilib:

-Pandemiya dövründə təhsilin və tədrisin vəziyyəti

-IX siniflərin buraxılış imtahanın nəticələri

-Ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə hazırlıq

-Ümumi təhsil müəssisələrində “Milli qiymətləndirmə”nin aparılması

-Ümumtəhsil müəsisələrində çalışanların vaksinasiyası.

Təhsil şöbəsinin metodikabinet müdiri İmran Nəsibov “Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə biləcəyini qeyd edib. Həmçinin I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcəyini şura iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil şöbəsinin müdiri Mədəd Zeynalov “Milli qiymətləndirmə”nin aparılmasının əhəmiyyətini vurğulayıb. Həmçinin təhsil işçilərinin vaksinasiyasının vacibliyini qeyd edib.

Daha sonra məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,