11.06.2021

“Yay məktəbi” ilə bağlı canlı yayım keçirilib

Iyunun 11-da “Yay məktəbi” ilə bağlı canlı yayım keçirilib. Canlı yayımda AğstafaRTŞ-nin müdiri Mədəd Zeynalov, metodkabinet müdiri imran Nəsibov və  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva iştirak edib.

Ağstafa Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsinə ünvanlanan bütün suallar cavablandırılıb. Qeyd edilib ki, “Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edə bilərlər.

Zoom platforması üzərində keçirilən görüş Ağstafa Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsində canlı yayımlanıb.


Açar sözlər: ,