16.06.2021

"Yay məktəbi" başlayıb

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 38 ümumtəhsil müəssisəsində “Yay məktəbi” başlayıb. 4000-ə yaxın şagirdin iştirak etdiyi “Yay məktəbi” 30 iyun tarixinədək davam edəcək.

 “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.


Açar sözlər: ,