18.06.2021

 Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları məktəbləri ziyarət ediblər

İyunun 18-də Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları Dağ Kəsəmən kənd 1 və 2 nömrəli tam orta məktəblərində olublar. Təhsil şöbəsinin müdiri Mədəd Zeynalov "Yay məktəbi" ilə maraqlanıb, keçirilən dərslərlə tanış olub. O, bildirib ki, ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər 30 iyun tarixinədək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.

Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

Təhsil şöbəsinin əməkdaşları “Yay məktəbi”ndə təşkil olunan dərslərin gedişini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.


Açar sözlər: ,