24.06.2021

26 iyun- Silahlı Qüvvələr Günü"nə həsr olunan yarış keçirilib

Ağstafa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "26 iyun- Silahlı Qüvvələr Günü"nə həsr olunmuş paintball yarışı təşkil edilib.

Yarışın təşkil edilməsində məqsəd yetişməkdə olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, onların asudə vaxtlarını səmərəli keçirmələrinə kömək etməkdir.

Yarışda şəhər 2 nömrəli tam orta məktəbin komandası l, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin komandası ll, Vurğun qəsəbə və Həsənsu kənd tam orta məktəbin komandası isə lll yerə layiq görülüb.


Açar sözlər: ,