30.06.2021

“Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

Iyunun 30-da Ağstafa rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin başa çatması ilə bağlı bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində məktəblilər “Yay məktəbi”nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilib.


Açar sözlər: ,